Zahid Oruc: 19 aydan çox istintaq təcridxanasında saxlanılması vətəndaşın hüququnun pozulmasıdır

Zahid Oruc, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri

© APA | Zahid Oruc, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri

# 25 yanvar 2023 15:05 (UTC +04:00)

“19 aydan çox istintaq təcridxanasında saxlanılan vətəndaşlarımız var”.

APA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, bu, vətəndaşların hüquqlarının pozulmasıdır: “Vətəndaş hüquqlarını bilmir. Ona görə də cinayət qanunvericiliyinin mövcud vəziyyəti ilə bağlı dinləmə keçirəcəyik. Məsələn, 19 ay sonra o vətəndaşın günahsızlığı sübut olunsa, deməli, qanunsuz yerə təcridxanada qalıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR