Baş prokuror Dunya Miyatoviçlə görüşüb

Baş prokuror Dunya Miyatoviçlə görüşüb
# 11 iyul 2019 16:44 (UTC +04:00)

Baş prokuror Zakir Qaralov Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş prokuror müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsi sisteminin formalaşdırılması, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Prezidentinin sərəncamının icrası ilə əlaqədar Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər barədə qonaqları məlumatlandırıb.

Baş prokuror Ermənistanın işğalına məruz qalmış ərazilərimizdə qondarma “məhkəmələrin” qurulduğunu bildirərək Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz doğma torpağında casus adı ilə həbs edilərək əsirlikdə saxlanılmasının insan hüquqlarının pozuntusunun bariz nümunəsi olmasını D. Miyatoviçin diqqətinə çatdırıb.

D. Miyatoviç, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı vəzifəsində Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edərək, qaçqın və məcburi köçkünlərin üzləşdiyi çətinliklərin həlli istiqamətində səylərini əsirgəməyəciyini vurğulayıb, Avropa İnsan Hüquqları Konvensiyasının müəyyən etdiyi standartlar, eləcə də ölkəmizdə vəkillərin fəaliyyəti ilə bağlı danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR