“Zaqatala–Balakən biosfer rezervatının yaradılması” layihəsinə başlanılıb

“Zaqatala–Balakən biosfer rezervatının yaradılması” layihəsinə başlanılıb
# 18 yanvar 2022 16:17 (UTC +04:00)

““Zaqatala–Balakən biosfer rezervatının yaradılması” layihəsinə başlanılıb”.

APA-nın məlumatına görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova “Ekspert saatı”nda deyib. O bildirib ki, bu, ekoturizm fəaliyyətinə imkan verəcək: “Çoxsaylı istəklər nəzərə alınaraq Katex şəlaləsi də turizm marşrutlarından biri kimi qəbul oluna bilər. Bunun üçün müəyyən araşdırma lazımdır”.

Qeyd edək ki, insanların flora və faunaya zərər vermədən təbiət gözəlliklərini görməsi üçün hərəkət çığırları, seyr nöqtələri müəyyənləşdiriləcək. Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR