Zaqatalada fermer yarmarkası keçirilib - FOTO

Zaqatalada fermer yarmarkası keçirilib - FOTO
# 19 avqust 2022 13:05 (UTC +04:00)

Zaqatalada "Kənd Boğçası" fermer yarmarkası keçirilib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Zaqatala şəhəri Mədəniyyət evinin qarşısında keçirilən yarmarka BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə baş tutub.

Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) - Azərbaycan Tərəfdaşlıq Proqramına daxil olan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələrin iştirakı ilə "Kənd Boğçası" fermer yarmarkasında Zaqatala ilə yanaşı Balakən və Qax rayonundan olan fermer və sahibkarların ishehsal etdiyi məhsullar və yerli aşpazların hazırladığı qida məhsulları nümayiş olunub.

Tədbirdə vurğulanıb ki, fermer yarmarkasının məqsədi yerli qida və kənd təsərrüfatı məhsullarını təqdim edərək potensial alıcı və istehlakçılarınhəmin məhsullara diqqətini cəlb etməkdir. Yarmarkanın təşkili bölgəyə məxsus məhsulların və adət-ənənələrin təbliğinə töhfə verməkdir. Yerli əhalinin gəlirlərini və dolanışıq vəziyyətini yaxşılaşdırmaq yarmarkanın əsas hədəflərindən biridir.

"Kənd Boğçası" fermer yarmarkasında rayon rəhbərliyi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko, BMT-nın Rezident Əlaqələndiricisi Vladanka Andreeva, FAO-nun Azərbaycan ofisinin rəhbəri Mələk Çakmak və rayon ictimayyətinin nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR