Zaur Əliyev: “İcbari tibbi sığortada 3000-dən çox tibbi xidmətin göstərilməsi nəzərdə tutulur”  - VİDEO

Zaur Əliyev: “İcbari tibbi sığortada 3000-dən çox tibbi xidmətin göstərilməsi nəzərdə tutulur”  - VİDEO
# 02 may 2022 12:23 (UTC +04:00)

“Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər artırılacaq”.

APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə Agentlik tərəfindən layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub: “700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, ümumilikdə 3000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. İlkin səhiyyə xidməti, TTTYX, laborator, ambulator və stasionar tibbi xidmətlər üzrə Agentlik tərəfindən tibb müəssisələrinə ödənilən 1000-dən çox xidmətin tarifi artırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR