Zaur Əliyev: Xəstəxanaların tikilməsində tənzimləyici orqan Səhiyyə Nazirliyidir

Zaur Əliyev: Xəstəxanaların tikilməsində tənzimləyici orqan Səhiyyə Nazirliyidir
# 10 noyabr 2022 14:24 (UTC +04:00)

“Xəstəxanaların tikilməsi məsələsində tənzimləyici orqan Səhiyyə Nazirliyidir. Bizə də bununla bağlı müraciətlər daxil olanda bunları Səhiyyə Nazirliyinə təqdim edirik”.

APA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

O bildirib ki, müzakirələrdə ambulator tibb müəssisələrinin təmiri məsələsi qaldırılıb:

“Səhiyyə Nazirliyi xəstəxanaları investisiya büdcəsi hesabına təmir etdirir. Biz də təbii ki, əsaslı təmir və ya cari təmir işlərində tibb müəssisələrinə dəstək oluruq. Növbəti ilin büdcəsində də bu işlər üçün əlavə 40 milyon manat vəsait nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR