Zaur Məmmədov MDB "Debütlər Birliyi" mükafatının laureatı olub

Zaur Məmmədov MDB "Debütlər Birliyi" mükafatının laureatı olub
# 21 dekabr 2021 21:20 (UTC +04:00)

Dekabrın 21-də Müstəqil Dövlətlər Birliyi (MDB) və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən təsis edilmiş “Birliyin ulduzları” və “Debütlər Birliyi” mükafatının təqdimat mərasimi olub.

APA-nın məlumatına görə, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təsis etdiyi mükafat üzrə hər 10 ölkənin hər birindən qalib müəyyənləşib.

Bu gün baş tutan mükafatlandırma mərasimində MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoli İksanov çıxış edib, laureatları təbrik ediblər.

"Debütlər Birliyi" 2021-ci ilin ölkəmizdən laureatı - Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri və müəllimi, Bakı Politoloqlar Klubunun sədri - Zaur Məmmədov seçilib.

O, çıxışı zamanı mövzunun çox vacib olduğunu, son 30 il ərzində ölkəmizin bölgədə ksenofobiya və faşizmə qarşı mübarizə apardığını dilə gətirib, MDB xalqlarını birləşdirən ümumi dəyərlərə toxunaraq faşizm və irqi ayrı-seçkiliklə mübarizənin vacibliyini diqqətə çatdırıb, tədbir təşkilatçılarına mükafata layiq görüldüyü üçün təşəkkürünü bildirib.

Zaur Məmmədov Azərbaycan hökumətinə və Təhsil Nazirliyinə namizədliyinin irəli sürülməsinə görə minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR