Zəngəzur Milli Parkında çöl heyvanlarına yem verilib

Zəngəzur Milli Parkında çöl heyvanlarına yem verilib
# 02 fevral 2023 23:45 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Zəngəzur Milli Parkının Kotam kəndi ərazisində çöl heyvanlarının komepleks məskunlaşdığı ərazilərdə və miqrasiya dəhlizlərində biotexniki tədbir keçirilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, 42797 hektar ərazisi olan Zəngəzur Milli Parkı zəngin fauna və floraya malikdir.

Qış aylarında bu ərazilərdə çöl heyvanlarının qidaya olan tələbatı daha da artır, bu isə heyvanların alternativ qida mənbələri axtarmasına, bəzən də miqrasiyasına səbəb olur.

Bunu nəzərə alan muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Zəngəzur Milli Parkının əməkdaşları yabanı faunanın qida tələbatını qismən ödəmək üçün ərazilərdə biotexniki tədbir həyata keçirirlər.

Bu məqsədlə Milli Parkın Kotam kəndi ərazisində çöl heyvanlarının daha çox məskunlaşdığı ərazilərə 30 kip qaba yem dağıdılıb və 500 kiloqramdan çox daşduz qoyulub.

Fauna ehtiyatlarının mühafizəsi və artırılması məsələsini daim diqqət mərkəzində saxlayan nazirlik biotexniki tədbirləri bundan sonra da davam etdirəcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR