Zəngilanda ekoloji məsələlər üzrə işçi qrupun iclası başa çatıb - FOTO - YENİLƏNİB

Zəngilanda ekoloji məsələlər üzrə işçi qrupun iclası başa çatıb - FOTO  - YENİLƏNİB
# 02 iyun 2023 16:00 (UTC +04:00)

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İşçi qrupların işğaldan azad edilmiş ərazilərə keçirilən növbəti iclası yekunlaşıb.

APA-nın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclasında görülən işlər və cari məsələlər ilə yanaşı Zəngilan rayonunun biomüxtəlifliyi, işğaldan azad edilmiş ərazilərində bərk məişət tullantılarının idarə olunması, bu ərazilərində yaranan tikinti-söküntü tullantılarının səmərəli idarə olunması və onlardan xammal kimi təkrar istifadə edilməsi, o cümlədən Oxçuçay üzərində (Sayıflı, Sarıqışlaq, Zəngilan və Cahangirbəyli) KSES-lərin tikintisi ilə bağlı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zəngilan və Qubadlı rayonları ərazisində həyata keçirilən ekoloji tədbirlər və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı faydalı qazıntı yatqlarının istifadəsi haqqında müzakirələr aparılıb.

***

13:05

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İşçi qrupların işğaldan azad edilmiş ərazilərə növbəti səfəri təşkil olunub.

APA-nın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, səfərin məqsədi ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclasını keçirməkdir.

Zəngilan rayonu Ağalı kəndində reallaşan iclasa Ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov sədrlik edir.

Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclasında görülən işlər və cari məsələlər ilə yanaşı Zəngilan rayonunun biomüxtəlifliyi haqqında, işğaldan azad edilmiş ərazilərində bərk məişət tullantılarının idarə olunması, bu ərazilərində yaranan tikinti-söküntü tullantılarının səmərəli idarə olunması və onlardan xammal kimi təkrar istifadə edilməsi, o cümlədən Oxçuçay üzərində (Sayıflı, Sarıqışlaq, Zəngilan və Cahangirbəyli) KSES-lərin tikintisi ilə bağlı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zəngilan və Qubadlı rayonları ərazisində həyata keçirilən ekoloji tədbirlər və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı faydalı qazıntı yatqlarının istifadəsi haqqında müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR