Zəvvarlarımızın sonuncu qrupu Həcc ziyarətindən geri dönüb

Zəvvarlarımızın sonuncu qrupu Həcc ziyarətindən geri dönüb
  • Clock-gray 22:47
  • calendar-gray 25 Avqust 2019

 

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu Vətənə geri dönüblər.

Bunu APA-ya  açıqlamasında Azərbaycan Həcc missiyasının üzvü Vüsal Cahangiri bildirib. 

Onun sözlərinə görə, sonuncu qrupda 159 zəvvar olub. 

Qeyd edək ki, zəvvarların ilk qrupu avqustun 21-də Azərbaycana qayıdıb. 

Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılmışdı. Həcc ziyarətinin qiyməti isə 4285 ABŞ dolları olub.
 

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date