"Azəriqaz" abonentlərdən qanunsuz pul tələb edən şəxsin görüntülərini yayıb - VİDEO

"Azəriqaz" abonentlərdən qanunsuz pul tələb edən şəxsin görüntülərini yayıb - VİDEO
# 04 dekabr 2019 17:56 (UTC +04:00)

Bir neçə gündür ki, Nizami rayonunun Elşən Süleymanov küçəsində bina evlərindən bir nəfər naməlum şəxs smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi adı ilə pul yığır.

Bu barədə APA-ya “Azəriqaz”dan bildirilib. Qeyd olunub ki, hər abonentdən 10 manat tələb edilir: ““Azəriqaz” İstehsalat Birliyi olaraq bildiririk ki, əməkdaşlarımız abonentlərlə heç vaxt bu cür ünsiyyətdə olmur və smart-kartların zədələnmədiyi halda istifadə müddəti məhdudiyyətsizdir".

"Azəriqaz" həmin şəxsin müşahidə kameraları ilə qeydə alınan görüntülərini də yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR