"Ulduz" şokolad fabriki “Soyuq əllər, isti ürək” yarmarkasında iştirak edir - VİDEO

"Ulduz" şokolad fabriki “Soyuq əllər, isti ürək” yarmarkasında iştirak edir - VİDEO
# 13 dekabr 2019 18:29 (UTC +04:00)

"Veysəloğlu" Şirkətlər Qrupuna daxil olan "Ulduz" şokolad fabriki Fəvvarələr meydanında artıq yeni il ənənəsi halına gələn “Soyuq əllər, isti ürək” yarmarkasında iştirak edir.

Yeni il abu-havalı, ölkənin ən tanınmış qış yarmarkası olan “Soyuq əllər, isti ürək” 1 dekabr 2019-cu il tarixindən, 13 yanvar 2020-ci il tarixinə qədər davam edəcək. Yarmarkada "Ulduz" Şokolad fabriki bol südlü xalis şokoladlı “Tango”, “Xonça”, “Coco Ulduz”, “Sweet” şokolad konfetləri, yeni karamel çeşidləri olan “Zima Xoloda”, “Centro”, “Coffone” qat-qat karamelləri, “Favo” müsli batonları, xüsusilə turistlərin diqqətini çəkən “Azerbaijan Chocolate”“I Love Azerbaijan Chocolate” kimi premium hədiyyəlik qutuları, içərisi surprizlərlə bol olan yeni il hədiyyəlik qutuları ilə fabrik satış qiymətinə şəhərimizin sakinlərinin və qonaqlarının ixtiyarında olacaq.

Hər birinizi hər gün saat 11:00-dan axşam 23:00-a qədər davam edən yarmarkada yerləşən "Ulduz"un şirin evciyinə dəvət edirik.

Qeyd edək ki, "Ulduz" Şokolad Fabriki Belçikanın məşhur şokolad firması olan “Barry Callebaut” ilə əməkdaşlıq edir.

Fabrik İngilis Pərakəndəçilər Birliyi və Beynəlxalq Qida Standartlarını alan ilk yerli qida müəssisəsi olmaqla yanaşı, həm də “Halal qida”, “Kocher” kimi sertifikatlar əsasında fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR