XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin yaranmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilib - FOTOSESSİYA

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin yaranmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 28 aprel 2012 16:48 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə Mərkəzin rəhbərliyi, müəllimləri, burada təhsil alan şagirdlər və onların valideynləri, mərkəzin məzunları, Təhsil Nazirliyinin, müxtəlif ali məktəblərin nümayəndələri iştirak edib.
Yubiley tədbirini İTV-nin aparıcısı Saleh Bağırov idarə edib. XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin direktoru, Əməkdar müəllim Vəfa Məmmədova çıxışında təhsil ocağının fəaliyyəti barədə məlumat verib. O deyib ki, burada tədrislə yanaşı, uşaqlara həm də dövlətçilik, vətənə məhəbbət, milli-mənəvi dəyərlərlə bağlı da təbliğat aparılır.

Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov Mərkəzin rəhbərliyini və kollektivini təbrik edib. O, Mərkəzin fəaliyyətini yüksək qiymətləndirib: “Bu məktəbdə müəllimlik də var, müəllimə hörmət də var. Məktəbdə müəllimin rolu vacibdir. Bu məktəbdə o var”.

İ. Pirməmmədov özəl liseylərin bir-biri ilə yarışmalı olduğunu vurğulayıb. İ.Pirməmmədov təhsil naziri Misir Mərdanovun 28 aprel 2012-ci il tarixli sərəncamını oxuyub. Sərəncama əsasən, Mərkəzin bir qrup müəllimi fəxri fərman və qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif olunublar. Təltif edilənlər arasında Mərkəzin direktoru Vəfa Məmmədova da var.

Daha sonra Mərkəzdə təhsil alan şagirdlər öz istedadlarını nümayiş etdiriblər. Onlar müxtəlif mahnılar səsləndirib, rəqslər ediblər.

Tədbirdə Mərkəzin 10 illiyi münasibətilə hazırlanmış film və süjetlər də nümayiş etdirilib.

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin vitse-prezidenti Səbinə Qaraşova APA-ya açıqlamasında bildirib ki, 2001-ci ildə yaradılmış Mərkəzin nəzdində məktəbəqədər təhsil (uşaq bağçası, məktəbə hazırlıq şöbəsi) və orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Mərkəzdə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır. S. Qaraşova Mərkəzin məzunu olan 50 nəfərin hamısının yerli və xarici ali məktəblərə daxil olduğunu söyləyib.

Qeyd edək ki, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində 15-ə yaxın ixtisaslaşdırılmış kurs və dərnək fəaliyyətdədir. 2003-cü ildən etibarən tədris prosesində Moskva şəhərinin Lomonosov məktəbinin elmi rəhbəri və təsisçisi M. Ziganovun müəllifi olduğu “İntellekt” təhsil texnologiyası tətbiq edilib. Şagirdlər Beynəlxalq “İntellekt” Olimpiadasının iştirakçılarıdırlar. 2008-ci ildə XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Beynəlxalq Kembric ibtidai təhsil “CİPP” proqramının keçirilməsi haqqında lisenziya və orta təhsil üzrə Beynəlxalq “İGCSE” ümumi sertifikatını alıb. Mərkəz Kembric Beynəlxalq Mərkəzi AZ004 kodu altında fəaliyyət göstərir. 2010–cu ildən isə Beynəlxalq “TOEFL İBT” imtahan mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə həftədə bir dəfə sınaq imtahanları da keçirilir. XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin daxilində “Pre-TOEFL” ingilis dilinin təkmilləşdirilməsi üzrə kurslar var.
Gələcəkdə təhsilini xaricdə davam etdirmək istəyən 10–11-ci sinif şagirdləri üçün ingilis dilində Beynəlxalq Bakalavriat Diplom Proqramı (“İBDP”) fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR