101 yaşlı İsmayıllı sakini koronavirusa qarşı peyvənd olunub - FOTO

101 yaşlı İsmayıllı sakini koronavirusa qarşı peyvənd olunub - FOTO
# 20 fevral 2021 13:21 (UTC +04:00)

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində bütün bölgələrdə olduğu kimi, İsmayıllı rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir.

Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, əslən İsmayıllının Xankəndi kəndindən olan 1920-ci il təvəllüdlü Ziliyeva Şamama Sədir qızına səyyar tibb işçiləri tərəfindən öz evində peyvənd vurulub.

Könüllü olaraq nəvəsi tərəfindən qeydiyyatdan keçən Şamama nənə 101 yaşının olmasına baxmayaraq, peyvəndin vurulmasının vacib olduğunu və vaksindən sonra özünü yaxşı hiss etdiyini qeyd edib.

Məlumat üçün bildiririk ki, bir neçə gün öncə də 100 yaşlı 1921-ci il təvəllüdlü Təzəkənd kənd sakini Səfərova Dosdu Məlik qızıda peyvənd edilib.

Rayonda fəaliyyət göstərən mobil qruplar vətəndaşların ünvanına gedərək təbliğat, təşviqat aparır, könüllü COVID-19 xəstəliyi əleyhinə peyvənd olunmaq istəyən şəxslərə evlərində randevu.Its.gov.az internet saytı vasitəsi ilə qeydiyyatdan keçirərək randevu tarixi alınmasına köməklik göstərirlər. Həmçinin, yaradılmış səyyar tibb işçiləri fiziki imkanları məhdud olan sakinləri nəzərə alaraq, evlərinə gedərək peyvənd vururlar.

8 fevraldan başlayaraq Rayon Mərkəzi Xəstəxanasında indiyə kimi 50 yaşdan yuxarı 1200-ə yaxın vətəndaş peyvənd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR