11 illik bazadan kolleclərin boş qalan yerlərinə qəbul olunanların qeydiyyat müddəti uzadılır

11 illik bazadan kolleclərin boş qalan yerlərinə qəbul olunanların qeydiyyat müddəti uzadılır
# 26 oktyabr 2020 15:02 (UTC +04:00)

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti 27 oktyabr saat 17:00-dək uzadılır.

Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən bildirilib. Verilən məlumata görə, abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada həyata keçirilir.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR