112 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirilib

112 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirilib
  • Clock-gray 10:46
  • calendar-gray 15 Mart 2021

112 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib. Verilən məlumata görə, dəyişikliyə səbəb Xəzər rayonu Şağan qəsəbəsində kanalizasiya xəttində qəzanın baş verməsidir.  

Hazırda marşrut xətti üzrə avtobuslar Hacı Zeynalabdin Tağıyev küçəsi - Şüvəlan yolu ilə hərəkət edirlər.

Sail Ağasəlim

Digər xəbərlər