15 azərbaycanlı həkim Türkiyədə 6 ay kurs keçəcək

15 azərbaycanlı həkim Türkiyədə 6 ay kurs keçəcək
  • Clock-gray 17:23
  • calendar-gray 01 Aprel 2021

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən K.Y. Fərəcov adına Elmi Tədqiqat Pediatriya İnstitutu və “Ankara Şehir Çocuk Hastanesi” arasında imzalanmış niyyət protokolu çərçivəsində Türkiyə Respublikasında 6 ay ərzində kurs keçəcək 15 həkimlə görüşüb.

TƏBİB-dən APA-ya bildirilib ki, çıxış edən İdarə Heyətinin sədri ölkədə səhiyyə sahəsinin daha da inkişaf etdirilməsi üçün həyata keçirilən yeni fəaliyyət istiqamətinin davamlılığı üçün həkimlərin ixtisaslaşmasının olduqca vacib olduğunu bildirib. R.Bayramlı bu istiqamətdə Türkiyənin Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, layihə Türkiyə Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.

Əsmər Qabil

Digər xəbərlər