15 rayonda 24 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM

15 rayonda 24 ədəd subartezian quyusu qazılacaq  - SƏRƏNCAM
# 12 avqust 2020 11:58 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, Sərəncama əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti əhalisi 65 122 nəfər olan 15 rayonun 24 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 24 ədəd subartezian quyusunun qazılmasını təmin etməlidirlər.

Bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 756,0 min manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı:

Sıra

№-si

Rayonun

adı

Quyuların

sayı, ədəd

Yaşayış məntəqələrinin adı

Əhalinin sayı, nəfər

1.

Balakən

1

Sarıbulaq kəndi

2631

2.

Beyləqan

1

Mil qəsəbəsi

2456

1

Milabad qəsəbəsi

2465

1

Yeni Mil qəsəbəsi

2313

3.

Bərdə

1

Xanxanımlı kəndi

398

1

İkinci Nazırlı kəndi

817

1

Kələntərli kəndi

2100

4.

Biləsuvar

1

Təzəkənd kəndi

1879

5.

Cəlilabad

1

Üçtəpə kəndi

8179

6.

Goranboy

1

Xınalı kəndi

1018

1

Yolqulular kəndi

819

7.

Kürdəmir

1

Şilyan kəndi

5436

8.

Quba

1

Vladimirovka kəndi

3230

9.

Neftçala

1

Xol Qarabucaq kəndi

2724

1.

Şabran

1

Çölquşçu kəndi

901

1

Pirəmsən kəndi

862

1.

Şəmkir

1

Dəllər Cırdaxan kəndi

3145

2.

Tərtər

1

İsmayılbəyli kəndi

1549

1

Sarov kəndi

1870

1

Səhləbad kəndi

2142

3.

Ucar

1

Qazyan kəndi

6868

4.

Yardımlı

1

Mirimli kəndi

1642

5.

Zaqatala

1

Aşağı Tala kəndi

7304

1

Göyəm kəndi

2374

Cəmi:

24

24

65 122

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR