20 nəfər Vətən müharibəsi iştirakçılarının, şəhid və qazi ailələrinin üzvləri Azərbaycan vətəndaşlığına qəbul edilib

20 nəfər Vətən müharibəsi iştirakçılarının, şəhid və qazi ailələrinin üzvləri Azərbaycan vətəndaşlığına qəbul edilib
# 18 mart 2021 16:58 (UTC +04:00)

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən 20 nəfər Vətən müharibəsi iştirakçıları, şəhid və qazi ailələrinin yaxın üzvləri Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

V. Hüseynovun sözlərinə görə, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Bakı, Masallı, Cəlilabad, Şəki, Qazax, Ağstafa, Gəncə, Goranboy və Mingəçevirdə vətəndaşlara müvafiq sənədləri yaşadıqları ünvanlarda təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR