2021-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1,4 milyard manat ayrılması nəzərdə tutulur

2021-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1,4 milyard manat ayrılması nəzərdə tutulur
# 21 dekabr 2020 12:59 (UTC +04:00)

2021-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1409,0 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

2021-ci ilin səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,9 faiz təşkil edəcək.

Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 1,5 milyon manatı və ya 0,1 faizi (2020-ci illə müqayisədə 0,3 milyon manat və ya 23,6 faiz çox) poliklinika və ambulatoriyaların saxlanılması xərclərinə, 153,7 milyon manatı və ya 10,9 faizi xəstəxanaların saxlanılması xərclərinə, 2,4 milyon manatı və ya 0,2 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar xərclərinə, 1251,4 milyon manatı və ya 88,8 faizi səhiyyə sahəsində digər xidmətlərin maliyyələşdirilməsinə yönəldiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR