38819 dövlət və özəl təşkilat tərəfindən 583092 icazə qeydiyyata alınıb

38819 dövlət və özəl təşkilat  tərəfindən 583092  icazə qeydiyyata alınıb
# 07 aprel 2020 17:38 (UTC +04:00)

"Əməkdaşlar üçün icazənin alınması ilə bağlı 38819 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 583092 icazə qeydiyyata alınıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 901 min telefon nömrəsindən 2 milyon 289 min SMS göndərilib. Bunlardan təqribən 1 milyon 219 mini, yəni 53 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 98 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR