46 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib

46 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib
# 05 dekabr 2019 10:04 (UTC +04:00)

46 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, bu marşrut xətti üzrə avtobuslar General Əliağa Şıxlınski və Səmədbəy Mehmandarov küçələrinin kəşisməsinədək hərəkət edəcək. Avtobusların qeyd edilən ərazidə rahat və təhlükəsiz manevr etməsi məqsədi ilə kəsişmədə dairə təşkil edilib.

Məlumat üçün bildirək ki, Günəşli qəsəbəsi, Əliağa Şıxlınski küçəsində, xüsusilə Gəncə prospektində yaşayan sakinlər tərəfindən qeyd edilən əraziyə müntəzəm marşrutun təşkil edilməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə çoxsaylı vətəndaş müraciətləri daxil olmaqda idi. Dəyişiklik dekabrın 7-dən tətbiq ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR