Bu ilin birinci yarısında 900-dən çox adam daimi yaşamaq üçün Azərbaycana gəlib

Bu ilin birinci yarısında 900-dən çox adam daimi yaşamaq üçün Azərbaycana gəlib
# 16 avqust 2019 12:08 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana gələn 911 nəfər qeydə alınıb.

Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən bildirilib.

Verilən məlumata görə, həmin müddət ərzində Azərbaycandan isə 735 nəfər gedən qeydə alınıb. Miqrasiya saldosu müsbət 176 nəfər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR