9 illik təhsil bazasından kolleclərə qabiliyyət imtahanları başlayıb

9 illik təhsil bazasından kolleclərə qabiliyyət imtahanları başlayıb
# 17 avqust 2020 12:12 (UTC +04:00)

Bu gün 9 illik orta təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün qeydiyyatdan keçmiş abituriyentlərin qabiliyyət imtahanları keçirilir.

Dövlət İmtahan Mərkəzindən APA-ya bildirilib ki, imtahanlar 17-21 və 24 avqust tarixlərində keçiriləcək.

İmtahanlar təsviri sənət, musiqi sənəti və teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə keçiriləcək. Ümumilikdə 15 Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyası (YQYK) təşkil ediləcək. 8 komissiya üzrə qabiliyyət imtahanları ilk dəfə olaraq onlayn keçirilir.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Bərdə şəhərlərində 7 binada təşkil ediləcək.

Qeyd edək ki, imtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR