Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunanların qeydiyyatı davam edir .
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, qəbul olunan abituriyentlər 25 sentyabr saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.
21 sentyabr saat 11:00-a olan məlumata əsasən, kollecə qəbul olunan abituriyentlərin yalnız 25%-i qeydiyyatdan keçib.
Göstərilən tarixədək müvafiq orta ixtisas təhsili müəssisəsində qeydiyyatdan keçməmək orada təhsil almaqdan imtina kimi dəyərləndirilir və həmin yerlər boş qalan plan yeri kimi yenidən müsabiqəyə çıxarılır.