ABŞ-da Tovuz hadisələri ilə bağlı məktub kampaniyasına start verilib

ABŞ-da Tovuz hadisələri ilə bağlı məktub kampaniyasına start verilib
# 16 iyul 2020 10:33 (UTC +04:00)

Birləşmiş Ştatlarda fəaliyyət göstərən Amerika Azərbaycan Şəbəkəsi (USAN) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində təxribat törətməsi, yaşayış məntəqələrini artilleriya zərbələrinə məruz qoyması ilə bağlı məktub kampaniyasına başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, ABŞ-ın vətəndaş cəmiyyətinə ünvanlanan məktublarda bildirilib ki:

"İyulun 12-də Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycanın dövlət sərhədindəki strateji yüksəklikləri ələ keçirmək məqsədilə ölkəmizin Tovuz rayonundakı mövqelərinə hücum ediblər. Ermənilərin hücumu dəf olunsa da, ilk 24 saat ərzində dörd azərbaycanlı hərbçi ölkəmizin ərazi bütövlüyünü müdafiə edərkən ermənilər tərəfindən qətlə yetirilib. İyulun 13-də Azərbaycan qüvvələri erməni mövqelərini və hərbi texnikanı məhv edən silsilə cavab tədbirlərinə başlayıblar. İyulun 14-də Ermənistan silahlı qüvvələri Azərbaycanın daha 7 hərbçisini, o cümlədən yüksək rütbəli zabitlərini, eləcə də 76 yaşlı mülki şəxsi qətlə yetiriblər. 1988-ci ildən başlayan Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycanın işğal etdiyi əzəli torpaqlarında Ermənistan silahlı qüvvələri dəfələrlə mülki azərbaycanlılara qarşı vəhşilik və zorakılığa əl atdığından bu, görünməmiş bir hərəkət deyil".

Sonda hər bir məktub sahibindən yerli nümayəndələrə və seçilmiş vəzifəli şəxslərə Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə kampaniyası barədə məlumat göndərmək xahiş edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR