ABŞ şirkətləri Azərbaycanda məsafədən tədrisin təşkili üçün öz platformalarını təqdim edib

ABŞ şirkətləri Azərbaycanda məsafədən tədrisin təşkili üçün öz platformalarını təqdim edib
  • Clock-gray 15:38
  • calendar-gray 25 Mart 2020

ABŞ-ın bir sıra şirkətləri Azərbaycanın orta və ali təhsil ocaqlarında məsafədən tədrisin təşkili üçün öz platformalarını təmənnasız təqdim etməyə hazırdırlar.

Bunu “APA-Economics”ə "PulPal" şirkətinin rəhbəri Emin Sultanov deyib. 

Onun sözlərinə görə, hazırda bu məqsədlə "Adobe" şirkəti Türkiyədəki rəsmi distributoru "Penta" vasitəsilə "Adobe Connect" proqram təminatının 25 lisenziyasını təqdim edib.

"Bu təklif orta və ali təhsil ocaqlarında təhsil alan şagird və tələbələr üçün aktualdır. Proqram təminatı eyni vaxtda 25 şagirdə məsafədən dərs keçməyə imkan yaradır. Bu orta hesabla bir sinifi əhatə edir", - deyə E. Sultanov qeyd edib.

O həmçinin əlavə edib ki, belə bir təşəbbüs ABŞ-ın "İntermedia Business Cloud" şirkəti tərəfindən də irəli sürülüb: "Belə ki, şirkət bu ilin sonunadək vebinarlara dair öz servislərini tam təmənnasız təqdim etməyə hazırdır. Burada isə bir lisenziya 200 nəfərə onlayn tədris keçməyə imkan yaradır. Həmçinin, ABŞ-ın "Odoo" şirkəti tərəfindən də müvafiq platformalar təklif edilir ki, biz bu alətlərin təmənnasız olaraq orta və ali təhsil ocaqların istifadəsinə verməyə hazırıq”.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date