AMEA: Azərbaycanda temperatur artımının orta qiyməti planet üzrə orta qiymətə yaxındır

AMEA: Azərbaycanda temperatur artımının orta qiyməti planet üzrə orta qiymətə yaxındır
# 18 fevral 2021 16:09 (UTC +04:00)

AMEA Coğrafiya İnstitutunda iqlim dəyişmələri üzrə aparılmış tədqiqatların xülasə və nəticələri araşdırılıb.

APA-nın məlumatına görə, araşdırmaya əsasən, bütün ölkə ərazisi üçün temperatur artmasının orta qiyməti planet üzrə orta qiymətə yaxındır, yəni 1,0 C-yə bərabərdir. Bu artmalar ərazi boyunca bərabər paylanmayıb (0,2 –dən 1,50С-yə) və ona səbəb Azərbaycanın dağlıq ölkəsi olması, nisbətən kiçik ərazidə oroqrafianın -28,0-dan 4466 metrə qədər dəyişməsi, nəticədə ölkə ərazisində 8 müxtəlif iqlim zonası yaranmasıdır.

Bildirilib ki, bütün müşahidə dövründə temperatur artımı Kür-Araz düzənliyində (0,4-0,9 °С), Qazax-Gəncə zonasında (0,6-1,1 °С), Böyük Qafqazın Cənub yamacında (0,5-0,8 °С), Kiçik Qafqazın şimal-şərq (0,6-1,5 °С) və şimal (0,4-0,6 °С) yamaclarında olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR