AMEA: Qarabağ radioaktiv çirklənmələrdən təmizlənəcək

AMEA: Qarabağ radioaktiv çirklənmələrdən təmizlənəcək
# 12 yanvar 2021 14:41 (UTC +04:00)

AMEA-nın Geologiya və Geofizika İnstitutu Azərbaycanın işğaldan azad olunan ərazilərində müdafiə tematikası üzrə elmi-tədqiqat işləri həyata keçirəcək.

APA-nın məlumatına görə, bunu Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev deyib. O bildirib ki, bu proqramlardan biri də müasir avadanlıqlardan istifadə etməklə radioaktiv çirklənmə zonalarının müəyyənləşdirilməsi və tədqiqidir:

“30 ilə yaxın işğal altında qalan ərazilərimiz ermənilər tərəfindən radioaktiv çirklənməyə məruz qalıb. Ermənistan ərazisində yerləşən Metsamor Atom Elektrik Stansiyasının tullantılarının Ağdərə və Kəlbəcər ərazisində basdırılması ilə bağlı məlumatlar mövcuddur. Qarabağda yüksək texnologiyalardan istifadə etməklə radioekoloji tədqiqatların aparılmasının planlaşdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR