ANAMA-nın İdarə Heyətinin sədri BQXK-nın nümayəndə heyəti ilə görüşüb

ANAMA-nın İdarə Heyətinin sədri BQXK-nın nümayəndə heyəti ilə görüşüb
# 23 fevral 2021 16:46 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndə heyətinin rəhbəri xanım Ariane Baueranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

ANAMA-dan APA-ya verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları, eləcə də qarşıya qoyulmuş prioritetlərə əsasən müəyyən olunmuş ərazilərin təmizlənməsi barədə nümayəndə heyətinin rəhbərinə məlumat verilib.

Görüş zamanı humanitar minatəmizləmə sahəsində, o cümlədən partlayici sursatlarin təhlükəsinə dair maarifləndirmə və minadan zərərçəkənlərə yardım sahəsində həyata keçirilən layihələr və bu sahədə gələcəkdə birgə əməkdaşlıq üzrə müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR