AQTA: İstehlakçılar qapalı məkanlarda mütləq qoruyucu və dezinfeksiya vasitələrindən istifadə etməlidirlər

AQTA: İstehlakçılar qapalı məkanlarda mütləq qoruyucu və dezinfeksiya vasitələrindən istifadə etməlidirlər
# 13 noyabr 2020 15:40 (UTC +04:00)

“Havalar soyuyub və respirator xəstəliklərin daha çox yayıldığı mövsümdür. Bir çox ictimai iaşə müəssisələri artıq qapalı məkanda fəaliyyətini davam etdirir. Əlbəttə ki, qapalı məkanda virusun yayılma riski daha çoxdur”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı regional bölməsinin rəisi Zaur Kərimov bildirib. Onun sözlərinə görə, bu baxımdan istehlakçılar qoruyucu vasitələrdən və dezinfeksiya vasitələrindən mütləq şəkildə istifadə etməli, səhlənkarlıq etməməlidilər: “Bəzən apardığımız müşahidələr zamanı görürük ki, istehlakçılar ictimai iaşə müəssisəsinə daxil olur və dərhal maskasını çıxarır. İctimai iaşə müəssisəsində istehlakçı maskanı qidalanmaya başladığı vaxt çıxarmalı və bitirdiyi an yenidən burnu və ağzı örtmək şərtilə taxmalıdır. İstehlakçılardan xahiş edirik ki, bu məqama diqqət etsinlər. Bu infeksiya elədir ki, ola bilsin hansısa əlamətlərlə özünü biruzə verməsin, amma kimsə daşıyıcı ola və başqalarını yoluxdura bilər. Bu baxımdan istehlakçılar daha diqqətli olmalıdırlar. İctimai iaşə xidməti müəssisələri də qaydalara əməl etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR