AQTA “Yüksəliş” müsabiqəsinin imtahanındakı qida zəhərlənməsi ilə bağlı araşdırma aparır

AQTA “Yüksəliş” müsabiqəsinin imtahanındakı qida zəhərlənməsi ilə bağlı araşdırma aparır
  • Clock-gray 18:12
  • calendar-gray 13 Sentyabr 2020

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin növbəti mərhələsində  qida qəbulundan sonra texniki heyət, İşçi qrupunun üzvləri və  müsabiqə iştirakçıları  arasında bəzi şəxslərin səhhətinin pisləşməsi ilə bağlı məlumat daxil olub.

AQTA-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisənin araşdırılması məqsədilə dərhal Agentliyin mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və istehlak edilən qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarına təqdim olunub.

Araşdırmaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Günay Elşadqızı

Digər xəbərlər