AQTA əməkdaşları daha 182 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib - FOTO

AQTA əməkdaşları daha 182 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib - FOTO
  • Clock-gray 14:25
  • calendar-gray 19 İyul 2020

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən APA-ya verilən məlumata görə, AQTA əməkdaşları tərəfindən 18 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 33 ictimai iaşə obyekti, 149 ərzaq satışı mağazası olmaqla ümumilikdə 182 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 72-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:
“Nizami”, “İslam”, “Şəki”, “Santi”, “24/7”, “Sənan” marketlər, Rzayev Namiq Mahir oğluna, Bağışov Salaməddin İmanəli oğluna, İsmayılova Nailə Məhəmməd qızına, Heydərova Yeganə Əlibayram qızına, Babayev Valeh Şahhüseyn oğluna, Hüseynov Tural Ramiz oğluna, Babayev Rəşad Mətləb oğluna məxsus ərzaq mağazaları

Digər şəhər və rayonlar üzrə:
Qusar rayonunda Sevzixanov İsmixan Saleh oğluna, Talıbov Talıb İdris oğluna, Mahmudov Ramin Fazil oğluna, Kübərov İlham Yunus oğluna məxsus kafelər
Şamaxı rayonunda Gülməmmədov Novruz Şöhlət oğluna, Şahpoladov Şahmar Yapon oğluna, Dəmirov Fəqayət Nüsrət oğluna, Nəcəfov Zabit Maqsud oğluna, Məmmədov Zəfər Şahnəzər oğluna və Baxışov Rəşad Arazxan oğluna məxsus restoranlar
İsmayıllı rayonunda “Qoşa bulaq”, “434”, “Azad”, “Final” marketlər, Ağayev Fərid Aydın oğluna məxsus market, Ağayev Elşən Məhəbbət oğluna, İsgəndərov Orxan Elxan oğluna məxsus kafelər, “Xəzri”, “Qaranohur”, “VİP”, “Palıdlı”, “Göl” kafelər, Adıgözəlov Murad İlham oğluna məxsus ət satışı mağazası, “Ləzzət” şirniyyat mağazası və “Qızıldərə” restoranı
Salyan rayonunda Qəhrəmanov Azik Aslan oğluna məxsus kafe
Saatlı rayonunda İbadov Mahir Tahir oğluna, İbadov Müşfiq İbad oğluna, İmanov İlham Həbib oğluna məxsus ərzaq mağazaları
Neftçala rayonunda Mustafayev İbrahim İsrafil oğluna məxsus market, Mustafayev Azər Əvəz oğluna məxsus kafe
Sabirabad rayonunda Nuriyev Vəfadar Qulamhüseyn oğluna məxsus kafe, Qurbanov Tarverdi Ağaxan oğluna məxsus ərzaq mağazası
Yevlax rayonunda “Neptun”, “Çinar”, “Gəl-gəl”, “Tural”, “Vasif”, “Üç qardaş”, “Sevda”, “1001” marketlər və Hüseynov Mikayıl İsmayıl oğluna məxsus market
Lənkəran rayonunda Muradov Bəxtiyar Qurban oğluna və Məmmədov Fuad Rəfail oğluna məxsus marketlər
Gəncə şəhərində “Yeni”, “Rza”, “Nəbi”, “Zəhmət” marketlər, Həsənov Sahib Duman oğluna, Rzayev Elvin Nofəl oğluna və Hacıyev Sərxan İvan oğluna məxsus ərzaq mağazaları
Şəmkir rayonunda Əliyev Xəyal Camal oğluna məxsus çörək sexi, “Düyərli”, “Taleh”, “Dədə bala”, “Volqoqrad”, “Rəşid”, “Məzahir” kafeləri
Tovuz rayonunda “Azəri” kafe
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir. 

apa-logo-mini

Digər xəbərlər