AQTA-nın Çağrı Mərkəzi fasilələrlə öz fəaliyyətini davam etdirəcək

AQTA-nın Çağrı Mərkəzi fasilələrlə öz fəaliyyətini davam etdirəcək
# 04 aprel 2020 12:24 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003-Çağrı Mərkəzi yeni elektron sistemin tətbiqi ilə əlaqədar olaraq 4 aprel 2020-ci il tarixdə, saat 18:00-dan 21:00-dək fasilələrlə öz fəaliyyətini davam etdirəcək.

AQTA-dan APA-ya verilən məlumata görə, vətəndaşlardan mövcud vəziyyəti nəzərə almaqla, həmin müddət ərzində müraciətlərini onlayn şəkildə AQTA-nın rəsmi saytı (www.afsa.gov.az) və ya qurumun rəsmi "Facebook" səhifəsi vasitəsilə (facebook.com/afsa.gov.az) göndərmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR