AQTA saxlama müddəti ötmüş qazlı və qazsız su aşkarlayıb

AQTA saxlama müddəti ötmüş qazlı və qazsız su aşkarlayıb
# 21 iyul 2020 10:27 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Seyid Cəfər Pişəvari 2A ünvanında yerləşən satış məntəqəsində baxış keçiriblər.

AQTA-dan APA-ya verilən məlumata görə, həmin obyektdə saxlama müddəti ötmüş və temperatur rejiminə əməl olunmadan “Aqromall” MMC şirkəti tərəfindən saxlanılan, Tacikistan istehsalı olan 15 800 ədəd 0.5 litrlik “Obi Zulol” əmtəə nişanlı su, 8 989 ədəd 0.5 və 1 litrlik “Siyoma” əmtəə nişanlı qazlı və qazsız su, 1000 ədəd isə “Xavotaq” əmtəə nişanlı 1.25 litrlik su aşkarlanıb.

Qanunvericiliyin tələbləri çərçivəsində məhsullar dərhal satışdan kənarlaşdırılıb. Həmin məhsulların satışının qadağan olunması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR