ASAN Xidmət: Yaxın qohumun dəfnində iştirak üçün SMS icazədən istifadə nəzərdə tutulmur, DİN-dən icazə alınmalıdır

ASAN Xidmət: Yaxın qohumun dəfnində iştirak üçün SMS icazədən istifadə nəzərdə tutulmur, DİN-dən icazə alınmalıdır
  • Clock-gray 11:32
  • calendar-gray 20 İyun 2020

“Yaxın qohumun dəfnində iştirakla ilə bağlı keçən dəfə SMS icazə üçün kod vardısa, bu dəfə həmin kod yoxdur”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Ü. Mehdiyev deyib ki, həmin şəxslər Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etməklə icazə ala biləcəklər.

apa-logo-mini

Digər xəbərlər