“ASAN xidmət”in işçilərinin sosial müdafiəsi üçün ayrılan vəsaitin həcmi dəyişib

“ASAN xidmət”in işçilərinin sosial müdafiəsi üçün ayrılan vəsaitin həcmi dəyişib
  • Clock-gray 12:23
  • calendar-gray 24 İyul 2020

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin öz xəzinə hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən istifadə Qaydası”na dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Qərar verib. 

Dəyişikliyə əsasən “ASAN xidmət” mərkəzlərində xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 43 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərti ilə) Dövlət Agentliyinin xəzinə hesabına daxil  olacaq. 

Qeyd edək ki, indiyə qədər “ASAN xidmət” mərkəzlərində xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 50 faizinin (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərti ilə) 5 faizi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hesabına, 45 faiz isə Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə Dövlət Agentliyinin hesabına köçürülürdü. 

Qərar iyulun 23-dən qüvvəyə minib.

Günay Elşadqızı

Digər xəbərlər