ATU-da magistratura səviyyəsi üzrə iki yeni ixtisas açılıb

ATU-da magistratura səviyyəsi üzrə iki yeni ixtisas açılıb
# 05 iyul 2020 11:40 (UTC +04:00)

Azərbaycan Tibb Universitetinin magistraturasında plan yerləri dolub.

APA-nın məlumatına görə, bu barədə ATU məlumat yayıb. Bildirilib ki, bu il ATU-da magistratura səviyyəsi üzrə iki yeni ixtisas açılıb. Bunlar Səhiyyə menecmenti və Klinik psixologiya ixtisaslarıdır.

Qeyd olunub ki, hər iki ixtisas üzrə nəzərdə tutulmuş plan yerləri dolub.

Ümumi olaraq, əczaçılıq ixtisası üzrə 15 nəfər, səhiyyə menecmenti üzrə 10 nəfər, klinik psixologiya üzrə 10 nəfər ATU-nun magistri adını qazanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR