ATU-nun Tədris Cərrahiyyə Klinikasında indiyədək 58 tibb personalı koronavirusa yoluxub

ATU-nun Tədris Cərrahiyyə Klinikasında indiyədək 58 tibb personalı koronavirusa yoluxub
# 20 iyul 2020 14:46 (UTC +04:00)

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında indiyədək ümumilikdə 58 tibb personalı COVID-19-a yoluxub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq ATU-dan məlumat verilib. Qeyd olunub ki, onlardan 17 nəfəri həkim, həkim-rezident, 23 nəfəri orta tibb işçisi, 18 nəfəri isə texniki işçisidir.

Bildirilib ki, xəstələrdən müalicə alıb evə buraxılanlar və müalicəsi davam etdirilənlər var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR