“Abituriyent Məsləhət Mərkəzləri” şənbə və bazar günləri də fəaliyyət göstərəcək

“Abituriyent Məsləhət Mərkəzləri” şənbə və bazar günləri də fəaliyyət göstərəcək
# 11 sentyabr 2020 17:56 (UTC +04:00)

Ali təhsil müəssisələrinin ixtisas seçimi başlayıb. Bunu nəzərə alaraq “Abituriyent Məsləhət Mərkəzləri” fəaliyyətlərini 12 və 13 sentyabr tarixlərində də davam etdirəcəklər.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, “Abituriyent Məsləhət Mərkəzləri” qeyd olunan tarixlərdə saat 09:30-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, həmçinin Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya, Avrasiya Universitetlərində fəaliyyət göstərəcəklər.

Pandemiya şəraitinin tələblərinə uyğun olaraq abituriyentlərin qəbulu məhdud sayda – günlük müəyyən edilmiş saya uyğun DİM-in saytı vasitəsilə əvvəlcədən götürülmüş onlayn növbə əsasında həyata keçiriləcək. Bir abituriyentə maksimum 20 dəqiqə vaxt ayrılacaq. Abituriyenti yalnız 1 nəfərin müşayiət etməsinə icazə veriləcək.

“Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz xidmət göstərirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR