Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların sahəsi 25 min ha-dan çoxdur

Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların sahəsi 25 min ha-dan çoxdur
# 07 dekabr 2020 11:05 (UTC +04:00)

"Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların sahəsi 25 min ha-dan çoxdur".

APA-nın məlumatına görə, bunu Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, dosent Fərhad Sadıqov AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin “Çuxurdərə gölləri və keçmiş Yod-Brom Zavodu (keçmişi, bu günü - ölkədə aparılan ekoloji siyasətin davamı)” monoqrafiyasının onlayn formatda təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, Sabunçu, Binəqədi, Suraxanı və Xəzər rayonlarının neft mədənləri ərazilərinin torpaqları daha çox çirklənməyə məruz qalıb: "Bu torpaqların neft tullantılarından təmizlənməsi yeni landşaftın yaranmasına səbəb olacaq. Ötən müddətdə Suraxanı rayonunun Çuxurdərə gölləri və keçmiş Yod-Brom Zavodu ərazisində genişmiqyaslı torpaq, meliorativ-hidrogeoloji və başqa istiqamətlərdə (ağır metallar, şüalanma, insan sağlamlığına təsir edən amillər və s.) tədqiqatların aparılıb".

Alim tədqiqatlar əsasında antropogen amillərin təsir mexanizminin müsbət və mənfi sahələr arası müqayisələri, mövcud deqradasiya və bataqlaşma prosesləri, ərazidə baş verən proseslərin nəticələri, təbii bitki qruplaşmasına yeni komponentlərin daxil edilməsi (və ya kənar edilməsi) kimi məsələlərin əsaslı surətdə araşdırıldığını da deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR