Abşeronda külək bir sıra ciddi fəsadlar yaradıb

Abşeronda külək bir sıra ciddi fəsadlar yaradıb
# 23 mart 2021 12:30 (UTC +04:00)

Gecədən əsən güclü külək Abşeron rayonu ərazisində bir sıra fəsadlar yaradıb.

APA-nın xəbərinə görə, güclü külək bu gün səhər saatlarında rayonun Saray qəsəbəsi sakinin evinin dam örtüyünü uçurub.

Dam örtüyünün ərazidən keçən elektrik enerjisi xəttinin üzərinə düşməsi nəticəsində qəsəbə ərazisinin bir hissəsinin elektrik enerjisi verilişində fasiləyə səbəb olub, infrastruktura ciddi ziyan dəyib.

Qəzanın nəticələrini aradan qaldırmaq üçün hadisə yerinə "Azərişıq" ASC-nin əməkdaşları cəlb edilib.

"Azərişıq"dan APA-ya verilən məlumata görə, istehlakçıların elektrik enerjisi ilə təchizatı ən qısa zamanda bərpa ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR