Adil Allahverdiyev: “İnsanlar maska, sosial məsafə və gigiyena qaydalarına diqqət etmirlər"

Adil Allahverdiyev: “İnsanlar maska, sosial məsafə və gigiyena qaydalarına diqqət etmirlər"
# 02 dekabr 2020 14:32 (UTC +04:00)

“Səhiyyə sistemimiz bu gün dünyada hazırlanan COVID-19 peyvəndlərini yaxından izləyir”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

“Bu gün bizim əlimizdə 3 əsas element var - maska, sosial məsafə və gigiyena qaydaları. Xəstəliyə qarşı mübarizə kompleks tədbirlər tələb edir. Bütün fəsadların baş verməməsi üçün profilaktik tədbirləri həyata keçirməliyik. Profilaktik təbabət ən doğru təbabətdir. Xəstələnmənin qarşısını almaq lazımdır. Xəstələnəndə artıq iş ağırlaşır. Bu gün Azərbaycanda bu 3 elementə diqqət edilmir. Müharibə başlayandan sonra insanlarımızın vətənpərvər ruhlu olması, virusa qarşı qorunmanı aşağı saldı, immun sistemimiz zəiflədi. Hazırda koronavirusa sutkalıq yoluxma sayı 4000-i keçib, ölüm sayında da artım var. Yoluxma sayı artdıqca, ölüm sayı da artır. Bu gün xəstəlik daşıyıcıları 20 yaşına qədər olan şəxslərdir. Onların çoxu xəstəliyi asimptomatik keçirir və xəstəliyi yayır. 20 yaşdan aşağı olanlar bilməlidir ki, onlar bu gün ölüm daşıyıcılarıdır. Bu qədər insanlar ölür. İndi hər kəsin ətrafında xəstələr var. 20 yaşdan aşağı olan şəxslərə müraciət edirəm, ailənizin yaşamasını istəyirsinizsə, profilaktik tədbirləri diqqətə alın”, - deyə professor vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR