Afaq Əliyeva: "İnsanlar apteklərdən həddindən artıq maska aldıqları üçün müəyyən qıtlıq yaranır" - YENİLƏNİB

Afaq Əliyeva: "İnsanlar apteklərdən həddindən artıq maska aldıqları üçün müəyyən qıtlıq yaranır" - YENİLƏNİB
# 25 fevral 2020 17:56 (UTC +04:00)

“Azərbaycanda koronavirus yoxdur. Bu qədər maskadan istifadə etməyə də ehtiyac duyulmur, bu, ajiotaj yaradır”.

Bunu APA-ya açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, koronavirus dünyanın müxtəlif ölkələrində yayılıb: “İnsanlarda müəyyən narahatlıq yaranır. Azərbaycana yanvar ayından Çindən, İrandan gələnlər var, amma virus aşkarlanmayıb. Hərarəti artıq olanlar da müayinə olunur, sərhəddən keçəndə karantin xidmətinə alınırlar”.

A. Əliyeva deyib ki, insanlar apteklərdən həddindən artıq çox maska aldıqları üçün bu, müəyyən qıtlığa səbəb olur: "Düşünürəm ki, təchizatla məşğul olan müvafiq qurumlar bunu nəzərə alarlar və yaxın zamanlarda apteklərdə yetəri qədər maska olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR