Ağacların qanunsuz kəsilməsinə görə cəzalar sərtləşdiriləcək

Ağacların qanunsuz kəsilməsinə görə cəzalar sərtləşdiriləcək
# 25 dekabr 2020 17:54 (UTC +04:00)

"Bir neçə ildir Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq ağacların qanunsuz kəsilməsi məsələsi ilə məşğuluq. Burada söhbət ağacların qanunsuz kəsilməsinə görə nırx dəyərinin artırılmasından söhbət gedir".

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" adlı canlı yayımda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, bu məsələlər hökumətin qərarı ilə təsdiqlənir: "Biz artıq yeni qərarı hazırlamışıq, artıq müvafiq orqanlarla da razılaşdılıb. Çox yaxın vaxtlarda hökumətə təqdim ediləcək. Gələn ilin birinci rübündə yeni nırx dəyərlərinin təsdiq edilməsi gözlənilir. Bu, qanunsuz meşə materiallarından istifadə, ağacaların kəsilməsi hallarına tamamilə son qoymasa da, bununla məşğul olan şəxslər dəfələrlə artıq sanksiyalarla üzləşəcəklər. Bir faktı deyim ki, hətta bu günün özündə də mövcud olan nırx dəyərləri orta səviyyədən yuxarıdır. Məsələn, Bakı şəhərində təqribən 35-40 sm-lik ağacın qanunsuz kəsilməsi artıq cinayət məsuliyyətinə səbəb ola bilər. Bu zaman ziyanın həddi 1000 manatı keçirsə, biz artıq həmin işi hüquq-mühafizə orqanlarına araşdırmağa göndəririk. Eyni zamanda həmin ziyana görə, müvafiq fondlara olan ödənişlərin səviyyəsinin qaldırılmasında yeni qərar müstəsna rol oynayacaq. Bu qərar yaxın vaxtlarda təsdiq olunduqdan sonra istifadə olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR