Ağcabədi, Ağdam, Füzuli, Tərtər və Xocavəndin 128,7 hektar ərazisi minalardan təmizlənib

Ağcabədi, Ağdam, Füzuli, Tərtər və Xocavəndin 128,7 hektar ərazisi minalardan təmizlənib
  • Clock-gray 15:39
  • calendar-gray 09 Mart 2021

Ağcabədi, Ağdam, Füzuli, Tərtər və Xocavənd rayonları üzrə ümumilikdə 128,7 hektar ərazi yoxlanılıb.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki,  2020-ci il ərzində düşmənin hərbi təcavüzünə məruz qalmış və işğaldan azad edilmiş ərazilərdə (eyni zamanda strateji əhəmiyyətli neft-qaz kəmərlərinin və elektrik stansiyalarının yaxınlığında), habelə keçmiş hərbi sursat anbarları və hərbi poliqon ərazilərində mina və partlamamış hərbi sursatların təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatları həyata keçirilib.

Firuzə Vahid

Digər xəbərlər