Ağcabədidə antisanitar şəraitdə fəaliyyət göstərən iki müəssisə aşkarlanıb

Ağcabədidə antisanitar şəraitdə fəaliyyət göstərən iki müəssisə aşkarlanıb
# 19 iyun 2020 17:27 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağcabədi rayonunun Hacıbədəlli kəndində Abışov Hümmət Xəlil oğluna məxsus qida təhlükəsizliyi qeydiyyatından keçməyən süd toplama müəssisəsində, eləcə də Təzəkənd kəndində fəaliyyət göstərən "Proqress" Heyvandarlıq-südçülük kooperativinin süd toplama məntəqəsində reyd keçiriblər.

AQTA-dan APA-ya verilən məlumata görə, hər iki müəssisədə baytarlıq-sanitariya və sanitar-gigiyena qaydalarına əməl edilmədiyi, giriş hissədə dezbaryerlərin quraşdırılmadığı, havalandırma sistemi və pəncərələrdə həşəratlardan qoruyucu torun olmadığı aşkarlanıb. Eyni zamanda istehsal zamanı istifadə edilən məhsulların açıq hava şəraitində saxlanıldığı, süd məhsullarının müayinəsinin aparılmadığı məlum olub. Qanunvericiliyin tələbləri çərçivəsində hər iki müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR