Ağcabədidə meydanda quraşdırılan şam ağacı işğaldan azad olan rayonların adı ilə bəzədilib - FOTO

Ağcabədidə meydanda quraşdırılan şam ağacı işğaldan azad olan rayonların adı ilə bəzədilib - FOTO
# 27 dekabr 2020 13:38 (UTC +04:00)

Ağcabədi şəhərinin mərkəzində, H.Əliyev meydanında quraşdırılan şam ağacı işğaldan azad olan rayonların adı və Azərbaycan-Türkiyənin dövlət bayraqları ilə bəzədilib.

APA-nın yerli bürosunun məlumatına görə, uzunluğu 9 metr olan "yolkanın" ən zirvəsində Dövlət bayrağı dalğalandırılır.

Vətən müharibəsində iştirak edən və şəhid olan Ağcabədidən olan 40 hərbçinin və 1 mülki şəxsin xatirəsinə 41 ədəd xarı bülbül asılıb. Yolkanın ən zirvəsində isə “Qarabağ Azərbaycandır!” yazılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR