Ağcabədidə qanunsuz fəaliyyət göstərən süd məhsullarının qəbulu və istehsalı sahələri aşkarlanıb

Ağcabədidə qanunsuz fəaliyyət göstərən süd məhsullarının qəbulu və  istehsalı sahələri aşkarlanıb
# 24 dekabr 2020 14:42 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan APA-ya bildirilib ki, daxil olan məlumat əsasında Agentliyin Ucar regional bölməsinin əməkdaşları tərəfindən 23 dekabr 2020-ci il tarixdə Ağcabədi rayonu, Boyat kəndində fəaliyyət göstərən Əliyev Yaşar Nizami oğluna məxsus və Ağcabədi rayonu, Hindarx qəsəbəsində fəaliyyət göstərən Rüstəmov Ramiz Baxşeyiş oğluna məxsus süd qəbulu və saçaqlı pendir istehsalı sahələrində monitorinqlər həyata keçirilib. Keçirilən monitorinqlər zamanı hər iki müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən, baytarlıq sanitariya və sanitar gigiyena qaydalarına əməl etmədiyi və heç bir texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadan fəaliyyət göstərdiyi aşkar olunub.

Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq emal sahələrinin fəaliyyəti məhdudlaşdırılıb. Hazırda araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR