Agentlik: İcbari tibbi sığortada stasionar yardım zamanı dərmanlar pulsuz verilir

Agentlik: İcbari tibbi sığortada stasionar yardım zamanı dərmanlar pulsuz verilir
# 16 aprel 2021 16:01 (UTC +04:00)

"İcbari tibbi sığortada stasionar yardım zamanı dərman təminatları pulsuz verilir".

APA-nın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib.

Onun sözlərinə görə, eyni zamanda stasionar yatış zamanı dərmanlar İcbari Tibbi Sığortanın təlimatlarına uyğun alınır. Ancaq ambulator, yəni resept əsasında yazılan dərmanlar icbari tibbi sığorta sisteminə daxil deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR